“Bayatı Şiraz”ın səsi Amsterdamdan gələcək - FOTOSESSİYA

16 Oktyabr 2012 06:55 (UTC+04:00)
Bu səhər musiqiçi heyətiylə Hollandiyaya yola düşən xanəndə Qoçaq Əsgərov Amsterdamda və Utrixdə konsert proqramı ilə çıxış edəcək. AzNews.az-ın məlumatına görə, konsert proqramı "RASA Muziek dans" layihəsi çərçivəsində keçirilir. Musiqiçilərin çıxışı oktyabrın 17-si və 18-ə planlaşdırılıb.

Q.Əsgərov AzNews.az-a bildirib ki, layihəyə start verilib və burada bir çox ölkə musiqiçiləri çıxış edir. Azərbaycanlı təmsilçilər "Bayatı Şiraz" dəsgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda tədbir təşkilatçıları instrumental ifaya yer ayırıb. Bu hissədə Azərbaycanın tarı, kamançası, balabanı səslənəcək. Bundan başqa, xanəndənin ifasında muğam və təsniflərə yer veriləcək.

Xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Coşqun müşayiət edəcəklər.

Fuad Mədətov
AzNews.az