İsraildə ordu yüksək hazırlıq vəziyyətində

16 Oktyabr 2012 06:57 (UTC+04:00)


Qəzza sektorunda İsrailin hərbi əməliyyatları genişləndirməsi Yaxın Şərqdə gərginliyə səbəb olub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail ordusu və Xüsusi Xidmət Orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.

İsraildə hesab edirlər ki, islamçı terrorçular Sinay yarımadasında terror aktları törədə bilərlər. Misir də İsrailin təxribatlarından ehtiyatlandığı üçün bu ölkə ilə sərhəddə ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib.

Sadiq Musa
AzNews.az