500 milyon il yaşı olan beyin tapıldı

16 Oktyabr 2012 06:59 (UTC+04:00)
Amerikalı paleontoloqlar indiyədək insanlara məlum olan ən qədim daşlaşmış beyni tapıblar. Bu beyin 500 milyon il əvvəl Çinin Yunyan vilayətinin ərazisində yaşamış buğumayaqlıya aiddir.

Alimlərin fikrincə, tapıntı müasir həşəratların beynindən çox az fərqlənir. Bu kəşf sübut edir ki, beynin əsas xüsusiyyətləri müəyyən olunduqdan sonra təkamül prosesində o, xırda dəyişikliklərə məruz qalıb.

Qeyd edək ki, 2009-cu ildə ABŞ-ın Kanzas ştatında 2009-cu ildə 300 milyon ildən artıq süxurda qaldığından daşlaşmış qədim balıq beyni tapılmışdı.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, balığın daşa dönmüş beyninin quruluşunun kəllə qutusunun quruluşu ilə bağlılığı azdır.

Elnarə Əlosmanqızı
AzNews.az