"Qafqazinfo"nun məlumatına görə, Hubei əyalətində davam edən leysan yağışlar nəticəsində bir çayın kənarında olan evlər sel sularına qapılıb.
Çinin ən böyük gölləri Poyang ilə Dongtinin su səviyyəsinin bu il ən üst səviyyəyə çıxdığı qeyd edilib.
Poyangdaki su səviyyəsinin artmaqda olduğu və həyəcan səviyyəsi olan 19 metrə yaxınlaşdığı bildirilib. Poyang gölünü bəsləyən Xin və Lechang çaylarındakı su səviyyəsinin xəbərdarlıq səviyyəsini keçdiyi məlum olub.
Yağışların 27 fərqli şəhərdəki 35 min evin dağılmasına səbəb olub. İqtisadi zərərin isə təxminən 30 milyard yuan (5 milyard dollar) olduğu təxmin edilir.