Azərbaycan reytinqdə neçəncidir? - CƏDVƏL

19 İyun 2015 00:04 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, komandamız 1 qızıl medal qazanıb. Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir.

Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində komandamız 5-ci yerdə qalıb.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 12 qızıl, 5 gümüş və 12 bürünc medal qazanıb. Rusiya idmançıları isə 22 qızıl, 9 gümüş, 9 bürünc medal qazanıb. Rusiya ümumilikdə 40, Azərbaycan isə 29 medala sahibdir.

Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.