Bakı-2015 Avropa Oyunlarında - 8-ci gün

19 İyun 2015 09:08 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, suya tullanma, akrobatika, aerobika, batut gimnastikası, bədii gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.

Oyunların 8-ci günü çərçivəsində 11 dəst medal oyanılacaq: 2-si suya tullanma, 2-si akrobatika gimnastikası, 1-i bədii gimnastika, 2-si atıcılıq, 2-si stolüstü tennis, 2-si isə taekvondoda.

Azərbaycan idmançıları stolüstü tennis və su polosundan başqa, gün ərzində bütün yarışlarda qüvvələrini sınayacaqlar.