Mişel Obamanın kortejində qəza

16 Oktyabr 2012 07:09 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obamanın kortejində qəza baş verib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, korteji müşayiət edən 2 polis motosikletçisi qəza törədib.

Verilən məlumata görə, hadisə Delaver hava limanından qayıdarkən baş verib. Qəza nəticəsində hər iki polisin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın isə hansı polis əməkdaşının ucbatından baş verməsinə aydınlıq gətirilmir.

Sadiq Musa
AzNews.az