Multikulturalizm Mərkəzi Şirvanda mühazirə keçirib

19 İyun 2015 11:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Şirvanın Gənclər və İdman idarəsində baş tutan, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb.

Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. O, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövlətinin ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü də qeyd edib. Sonda Yadigar Məmmədli Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü il may ayının 15-də yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edən "Azərbaycan Multikulturalizmi: səyyar dərslər" layihəsi çərçivəsində həyata keçirilib.