“Bakının pivəsini çox bəyəndik“
19 İyun 2015 11:24 (UTC+04:00)
Aznews.az milli.az-a istinadən xəbər verir ki, Xorvatiyadan ölkəmizə təşrif buyuran jurnalist Marko Uzelak və Tomas Crncec bildiriblər ki, Bakının memarlıq cəhətdən gözəlliyi ilə yanaşı, onları razı salan başqa bir şey də olub - Bakının pivəsi.
Tomas deyir ki, Bakıya gəldiyi ilk gün şəhərdəki kafelərdən birində oturub və 6-7 parç yerli pivə içib.
"Pivə çox xoşuma gəldi. Bu qədər içməyimə baxmayaraq, səhəri gün baş ağrısı da olmadı. İndi hər axşam işdən sonra Bakı pivəsi içirik".