Məhkəmə Aygünə 2 ay vaxt verib: “Üzr istəməsə, həbs olunacaq”
19 İyun 2015 12:34 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə N.Həbibi sosial şəbəkədə münasibət açıqlayıb. N.Həbibi qeyd edib ki, qanunlarımızın kimliyə, statusa fərq qoymadan hər kəs üçün eyni, düzgün tətbiq olunması bir daha sübut olundu: "Bu proseslərdə dəqiq və qərəzsiz danışdıqları üçün bütün məhkəmə heyətinə obyektivliyi qoruyaraq xəbərləri paylaşan media nümayəndələrinə əvvəldən sona kimi dəstəyini əsirgəməyən dostlarıma, haqqı nahhaqdan ayıran sənət yoldaşlarıma, ağı qaradan seçən xalqımıza təşəkkürümü bildirirəm".
N.Həbibi onu da əlavə edib ki, bu ümumilikdə haqq tərəfdarlarının qələbəsi, haqsızların həyat dərsidir: "Bu müqəddəs ayda hər kəsin düzgün yola gəlməsini, günahdan qorxmalarını, pis əməllərdən uzaq olmasını diləyirəm".
A. Kazımovanın tərəfdarları isə qərarın yalnız kağız üzərində qalacağını, onu Natavandan üzr istəməyəcəklərini bildiriblər.
Əgər doğrudan da Aygün üzr istəməsə, onu hansı cəza gözləyir?
Hüquq müdafiəçisi Adəm Məmmədov AzNews.az-a deyib ki, məhkəmənin qərarı yerinə yetirilməsə, ağır cəzalana bilər: "İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 500 manatdan 1000 manata kimi cərimə və ya bir ay müddətinə həbs oluna bilər. Əgər bu məsuliyyətə cəlb olunduqdan sonra məhkəmənin qərarını icra etməsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, yəni məhkəmə qərarını, hökmünü və qətnaməsini icra etmədiyinə görə, onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir".
A.Məmmədov deyir ki, burada söhbət qanuni qüvvəyə minmiş qətnamədən gedir: "Aygün xanımın bu qərardan apelyasiya şikayəti vermək hüququ yoxdur. Bunlar qanunvericiliklə tənzimlənir və icra məmuru tərəfindən icra olunacaq".
Vəkil onu da əlavə edib ki, A.Kazımovanın üzr istəməsi üçün iki ay vaxtı var: "İcra müddəti qanunvericilikdə iki ay nəzərdə tutulur".
Bahar RÜSTƏMLİ
AzNews.az