Ağstafada ev yandı

19 İyun 2015 14:47 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 10 km aralıda yerləşən Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqdan ibarət evin aynabəndinin lambirdən ibarət tavanı 4 kv.m sahədə, evə bitişik ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyası 20 kv.m sahədə və talvarın altına yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.