Ərdoğan Ancelina Coli ilə görüşəcək – SƏBƏB
19 İyun 2015 15:16 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.
İftar süfrəsində Hollivudun məşhur ulduzu Ancelina Colinin də iştirakı gözlənilir.
Aktrisa öncə düşərgəni gəzəcək, daha sonra isə prezident Ərdoğanla birgə iftarda iştirak edəcək.
Qeyd edək ki, Ərdoğan şənbə günü Mardinə gedəcək və Midyatdakı qaçqın düşərgəsini ziyarət edəcək. Yezidilərin də olduğu 5 min nəfərlik düşərgəyə Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri Ancelina Coli və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Gutierrez də gələcək.
Ərdoğan səfəri zamanı düşərgədəki vəziyyətlə tanış olacaq, sərhəddəki gərginlik haqda məlumatlar əldə edəcək.
Dövlət başçısının qaçqınların həyatı ilə bağlı dünyaya önəmli mesajlar verəcəyi gözlənilir.