“Bir nəfərə görə heç kim parlamenti təhqir edə bilməz"

16 Oktyabr 2012 07:30 (UTC+04:00)


Bu gün Milli Məclisin plenar iclasında cari sabiq deputat Gülər Əhmədova məsələsinə toxunulub. Çıxış edən deputat Fazil Mustafa bu məsələyə diqqətin vacibliyini bildirib: "Bizi ittiham edirlər, niyə münasibət bildirmirsiz?".

O məsələnin araşdırılmasının tərəfdarı olduğunu dilə gətirib: "Bir nəfərə görə heç kim parlamenti təhqir edə bilməz. İstintaq obyektiv aparılmazsa, biz etirazımızı bildirəcəyik. İndiki halda mövqe ortaya qoymağımız düzgün deyil".

İlkin Piralı
AzNews.az