“Qəbələ“ ukraynalı futbolçunu heyətinə qatdı

19 İyun 2015 18:47 (UTC+04:00)


AzNews.az klubun saytına istinadən məlumat verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan "qırmızı-qaralar" daha bir legioner transferini reallaşdırıb.

Komanda Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.

Ukraynalı legionerin son klubu Qazaxıstanın "Aktobe" komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın "Kuban" klubunda çıxış edən hücumçu "Dnepr" klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən A.Antonov sonradan 3 il "Kuban"ın şərəfini qoruyub. Hücumçu Ukraynada "Metallist" (2007-2010), "Zarya" (2008-2009, icarə əsasında), "İliçevets" (2010-2011), "Dnepr" (2011-2013), "Krivbass" (2012-2013, icarə əsasında), "Çernomorets" (2013-2014) komandalarında oynayıb.

Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş A.Antonov əsas yığmada 2 matç keçirib.