Aqil M.Quliyev arvadından danışdı

16 Oktyabr 2012 07:58 (UTC+04:00)


Rejissor Aqil M.Quliyevin vətəndaş nikahı ilə yaşadığı qadının anası Marianna Turbanova onu məhkəməyə verib və hazırda məsələylə bağlı istintaq prosesi davam edir. Bu barədə AzNews.az-a danışan rejissor deyib ki, proseslə bağlı danışmağa tələsmir. O, istintaq prosesinin nəticəsini gözlədiyini söyləyib:

"İnşallah, istintaq prosesindən sonra geniş açıqlama verəcəyəm. Nə baş verdiyinə aydınlıq gətirəcəyəm. Hələ ki? hər şey öz qaydasıyla gedir. Fikrimcə, bu məsələ bir ay çəkməyəcək".

A.Quliyev onu da qeyd edib ki, bu günə qədər şəxsi həyatında baş verənlərdən heç kimin xəbəri yox idi. O, bu məsələni qabartmaqla bəzi şəxslərin onu gözdən salmaq niyyətində olduğunu düşünür.

Qeyd edək ki, M.Turabova Xətai Rayon Məhkəməsi vasitəsi ilə rejissordan 150 min manat təzminat almaq istəyir. O, iddia edir ki, A.M.Quliyev mənzilin satışından əldə olunmuş 150 min manatı mənimsəyib.

Fuad Mədətov
AzNews.az