Sabah minlərlə itin əti yeyiləcək – Dünya etiraz edir (VİDEO)

20 İyun 2015 11:08 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq it əti yemə festivalı üçün görülən bütün hazırlıqlar tamamlanıb. Heyvan haqlarının müdafiəsi təşkilatlarının etirazına baxmayaraq it yemə festivalının Çinin bəzi regionlarında 600 ilə yaxındır ki, qeyd olunduğu bildirilir. Festivala bir neçə gün qalmış ölkənin Yulin kəndinin küçələrində olan bütün itlər tutulur və bayrama hazır vəziyyətdə saxlanılır.

Lakin bu il dünyada bu festivala qarşı petisiya yaradılıb. Festivala qarşı çıxanlar https://www.change.org/p/president-of-the-people-s-republic-of-china-stop-the-yulin-dog-meat-eating-festival linkinə daxil olaraq, səs verib, festival etirazlarını bildirirlər. Petisiyaya baxılması üçün 3 milyon insan səs verməlidir. Səslərin artıq 90 faizi toplanıb.