Prezident Qarabağ qazisi ilə görüşdü
20 İyun 2015 11:16 (UTC+04:00)
AzNews.az lent.az-a istinadən xəbər verir ki, dünən Avropa Oyunlarında taekvondo üzrə qızıl medala sahib olan Radik İsaevə medalın təqdim olunması mərasimindən sonra prezident İlham Əliyev əlil arabasında olan fotoreportyor İlham Məhərrəmovla görüşüb.
Bu barədə İlham Məhərrəmov özü Facebook sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, prezidentin onunla görüşü tribunlarda olan tamaşaçılar tərəfindən də alqışlarla qarşılanıb.
Qeyd edək ki, Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərən fotoreportyor İlham Məhərrəmov fiziki sağlamlığını Qarabağ uğrunda gedən döyüşlərdə itirib.