Azərbaycan gimnastı gümüş medal qazandı
20 İyun 2015 18:08 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin final yarışması başa çatıb.
Birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib. O, 14,600 bal toplayıb.
Üçüncü yerdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.