Niderland gimnastı qızıl medal qazandı

20 İyun 2015 19:40 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, idman gimnastikasında qadınlar arasında gimnastika tiri üzərində hərəkətlərin final yarışması başa çatıb.

Bu növ üzrə qızıl medalı Niderland gimnastı Like Vevers qazanıb. O, 14.200 bal toplayıb.

Gümüş medalı rumıniyalı gimnast Andrea İridon, bürünc medalı isə İsveçrə idmançısı Culii Ştaynqruber qazanıblar.