Millət vəkilindən Gəncədəki vəhşiliklə bağlı: “ Xəbərdən şoka düşdüm"
20 İyun 2015 23:35 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Gəncədəki dəhşətli qətl hadisəsi ilə bağlı "Facebook" səhifəsində yazıb.
Millət vəkili bildirib ki, hüquq-mühafizə orqanları araşdırma aparıb bütün həqiqətləri ortaya çıxaracaq, amma hesab edirəm ki, uşaqları belə dəhşətli şəkildə qətlə yetirənlərə qarşı cəzaları daha da sərtləşdirmək lazımdır:
"Çünki körpə uşağı dəhşətli qəddarlıqla qətlə yetirən birisində insanlıq duyğularının hamısı ölüb deməkdir və "vəhşi", "manyak"lar ən ağır cəzanı o dünyadan öncə bu dünyada almalıdırlar ki, başqalarına da ciddi dərs olsun. Son zamanlar uşaqlara qarşı bu cür qəddarlıqların artması hamımızı ciddi narahat etməlidir. Balacalara isə Allahdan rəhmət diləyirəm. Nur içində yatsınlar. Allah heç bir ailəyə belə dəhşət yaşatmasın".