Nizami Rayon prokuroru yeni vəzifəyə göndərildi

16 Oktyabr 2012 08:26 (UTC+04:00)


Mahir Muradov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. AzNews.az-ın məlumatına görə, bununla bağlı təqdimat Azərbaycan prezidenti tərəfindən edilib.
Müvafiq sənəd Milli Məclisin (MM) müzakirəsinə verilib. MM-də səsə qoyularaq qəbul olunub. Mahir Muradov parlament qarşısında and içib.

Qeyd edək ki, AzNews.az saytı olaraq, belə bir təyinatın olacağını hələ bir həftə öncə məlumat vermişdik.

İlkin Pirəli
AzNews.az