Qaçış yarışında idmançımız birinci oldu - Yenilənir

21 İyun 2015 20:34 (UTC+04:00)

Qadınlar və kişilər arasında 400 metr məsafəyə qaçış yarışı başa çatıb. Qadınların yarışında ölkəmizi Şəfa Məmmədova, kişilər arasında isə Arif Abbasov təmsil edib.

Hazırkı nəticəyə görə Azərbaycan komanda hesabında 121 xalla 5-ci yerdədir.

Azərbaycanı təmsil edən Hayle İbrahimov kişilər arasında 5000 metr məsafəyə qaçış yarışında da finiş xəttini birinci keçib.

Qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışında Azərbaycanı təmsil edən Çaltu Beji finiş xəttini birinci keçib.

19:25

Kişilər arasında 1500 metr məsafəyə qaçış yarışında Azərbaycanı təmsil edən Hayle İbrahimov finiş xəttinə birinci çataraq qalib olub.

"Qafqazinfo"nun məlumatına görə, ümumilikdə komanda hesabında Azərbaycan 82 xalla 4-cü yerdədir.

Hazırda kişilərin hündürlüyə tullanma yarışı keçirilir. Yarışda Azərbaycanı Azər Əhmədov təmsil edir.