Litvalı idmançı: “Hər şeyin bu qədər yaxşı təşkil ediləcəyini gözləmirdim”

21 İyun 2015 23:29 (UTC+04:00)

AzNews.az-ın məlumatına əsasən, bu barədə jurnalistlərə I Avropa Oyunlarının iştirakçısı, Litvanın suya tullanma üzrə təmsilçisi İndre Qirdauskayte deyib.

O, Atletlər kəndində idmançılar üçün yaradılmış şəraiti xüsusi qeyd edib: "Bütün yarışlarda olduğu kimi, adi mehmanxanada qalacağımızı gözləyirdim, lakin gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Hər şeyin bu qədər yaxşı təşkil ediləcəyini gözləmirdim. Bura gəlib yarışlarda iştirak etdiyim üçün çox şadam".

İdmançı, həmçinin Bakı haqqında təəssüratlarını paylaşıb: "Bakı çox gözəl şəhərdir. Xüsusilə də paytaxtda gecə gəzintilərimiz yaddaqalan oldu. Heç qayıtmaq istəmirəm. Təəssüflər olsun ki, çox az gəzib gördük. Ümid edirəm ki, burada yenə yarışlar təşkil ediləcək və mən Bakı ilə daha yaxından tanış ola biləcəyəm".

İ.Qirdauskayte sözlərinə görə, I Avropa Oyunlarında nəticələri ümidləri doğrultmasa da, bu yarışlarda iştirak etmək müəyyən təcrübə qazanmaq üçün ilk imkan olub.