100 iti xilas edən qadın - FOTO
22 İyun 2015 11:57 (UTC+04:00)
AzNews.az movqe.az-a istinadən xəbər verir ki, təqaüdçü müəllim Yang Xiaoyu, hər il Çində edilən Yuli it əti festivalına gəlir və itlər öldürülmədən əvvəl təqaüdçü maaşını it satıcılarına verir.
Dünən 100 it üçün 1450 dollar verib. İndiyə qədər 1500 iti xilas edib. Çinin şimalındakı evini bir heyvan barınağına çevirən Yang Xiaoyu, 1500 it və 200 pişiyin bütün ehtiyaclarını özü qarşılayıb.