Əfqanıstan parlamentinin binası yaxınlığında partlayış

22 İyun 2015 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda "al-Jazzira" məlumat yayıb.
Xəbərə görə, dalbadal baş verən partlayış parlamentin binasında titrəyiş yaradıb. Məclisin binasındakılar təxliyyə edilib. İclas zalı isə tüstü ilə dolub. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Hələlik partlayış və atışma nəticəsində ölən, yaxuda xəsarət alanlar barəsində məlumat yayılmayıb.

Hadisənin məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.