Avropa qara təslim oldu

16 Oktyabr 2012 09:30 (UTC+04:00)
Mərkəzi Avropada qış vaxtından əvvəl gəlib. İlk qar özü ilə bərabər çox sayda problem də gətirib.

Xüsusilə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Avstryada qardan təmizlənməyən yollarda kilometrlərlə tıxacların olduğu bildirilir.

Yol-qəza hadisələrinin sayının çox olduğu barədə də məlumatlar var. Qəza hadisələrinin əsas səbəbi kimi hava şəraiti ilə əlaqədar görmə məsafəsinin həddindən artıq azalması göstərilir.

Elnarə Əlosmanqızı
AzNews.az