Yarım tonluq adam öldü - 33 yaşında (FOTO)

22 İyun 2015 17:00 (UTC+04:00)
AzNews.az ans press-ə istinadən xəbər verir ki, İngiltərədə yaşayan 33 yaşlı Karl Tompson bu gün vəfat edib.

Karlən cəsədi öz evində aşkar edilib. Polis və təcili yardım işçiləri 412 kq-lıq ingilisin cəsədini evdən çıxarmaq üçün xeyli əziyyət çəkiblər. Belə ki, bu prosesə onlar bir neçə saat vaxt sərf ediblər.

Polislər onun ölümündə şübhəli heç nə tapmayıblar. K.Tompson keçən həftə verdiyi müsahibədə artıq çəkisindən azad olmaq və normal həyat sürmək üçün yardım istəmişdi.

Qeyd edək ki, Karl Tompsonun çəkisinin yarım tona yaxınlaşmasına səbəb 2012-ci ildə anasını itirməsi olub. Anasını itirdikdən sonra o qeyri-sağlam həyat tərzi keçirməyə və sürətlə kökəlməyə başlayıb.