Azərbaycan səhiyyəsində ilk
16 Oktyabr 2012 09:48 (UTC+04:00)
2013-cü ildə ölkəmizdə ilk dəfə olaraq dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün dövlət büdcəsindən vəsait ayrılacaq. Bu məqsədlə büdcə layihəsində 4 mln. manat vəsait nəzərdə tutulub.
Bundan başqa xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 25,8 milyon, hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə 21,2 milyon, onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatına 25,1 milyon, "Şəkərli diabet üzrə Dövlət Proqramı"na 33,7milyon, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 4,5 milyon manat vəsait ayrılacaq.
Vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5 mln. manat, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 mln. manat, səhiyyə müəssisələrinin yenidənqurulması və əsaslı təmirinə 3,3 mln. manat, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 mln. manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,6 mln. manat vəsait ayrılacaq.
Elnarə Əlosmanqızı
AzNews.az