Teymur Məmmədov 1/2 finalda

22 İyun 2015 21:21 (UTC+04:00)


Apasport.az saytının məlumatına görə, 81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşıb. Bura qədər iki idmançını - Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı bu sınaqdan da üzüağ çıxıb. Avropa çempionumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edərək, 1/2 finalda iştirak hüququ qazanıb. Məmmədov yarımfinala vəsiqə sayəsində Əliyev və Məmişzadə kimi bürünc medalı özünə təmin edib.

O, finala gedən yolda rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək. İdmançımızın rəqibi 1/4 finalda İqor Teziyevi (Almaniya) mübarizədən kənarlaşdırıb.