“Bakı 2015”: Reytinq cədvəlindəki yerimiz
23 İyun 2015 00:03 (UTC+04:00)
AzNews.az xəbər verir ki, iyunun 22-i Azərbaycanın qazandığı medalların sayı 39-a çatıb.
Bu gün də reytinq cədvəlinin lideri dəyişməyib. Rusiya medallarının sayına görə birincidir: 45 qızıl, 23 gümüş, 19 bürünc (87).
Azərbaycan yerini yenə də dəyişməyib. Ölkəmiz ikinci yeri əldən verməyib (14 qızıl, 11 gümüş, 14 bürünc).
Üçüncü yeri dünən ələ keçirən Almaniya mövqeyini qoruyub (11 qızıl, 9 gümüş, 12 bürünc).
Türkiyə bu gün də geriləyib, 11-ci yerdə qərarlaşıb (5 qızıl, 3 gümüş, 15 bürünc).
Medalların sayına görə, ölkələrin onluq siyahısını təqdim edirik: