Balakəndə avtomobillə vurulan azyaşlı oğlan öldü
23 İyun 2015 10:30 (UTC+04:00)
AzNews.az ans press-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qazma kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Sənan Rəfael oğlu Hətəmov idarə etdiyi "VAZ-2106" markalı, 34 BB 901 nömrə nişanlı avtomobillə yaşadığı evin həyət qapısını qəfildən açaraq küçəyə çıxan 2012-ci il təvəllüdlü Rəşid Famil oğlu Əliyevi vurub.
Azyaşlı piyada ağır yaralanıb. Onu Balakən Mərkəzi rayon Xəstəxanasına aparıblar. Lakin həkimlərin səyinə baxmayaraq, 3 yaşlı piyada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.