Avropa və Kanada Facebook-a “yox” dedi
23 İyun 2015 10:56 (UTC+04:00)
AzNews.az İCTnews-a istinadən xəbər verir ki, belə ki, "Facebook Moments" mobil proqramında istifadə olunan sifətin tanınması texnologiyası fərdi məlumatların mühafizəsi haqda Avropa qanunvericiliyini pozur.
Məsələn, İrlandiyanın dövlət tənzimləyici orqanı bildirib ki, mobil proqram istifadəçidən onun fotoşəkillərinin emalı üçün icazə almalıdır. "Moments" mobil proqramında belə seçim yoxdur və "Facebook"un nümayəndələri bildirib ki, bu seçimin əlavəsi hələ ki şirkətin planına daxil deyil.
"Moments" mobil tətbiqində istifadə edilən sifətin tanınması texnologiyası "Facebook"un süni intellekt tədqiqatları laboratoriyası tərəfindən hazırlanıb. Alqoritm xəbər lentindəki dostların fotoşəkillərini təhlil edir və qurğudakı fotoşəkillər axınında 97 faiz dəqiqliklə uyğunluq axtarır.
"Facebook" iyunun 15-də fotoşəkillərlə işləmək üçün "Moments" mobil proqramını istifadəyə verib. Xidmət istifadəçilərin bir-birinə mobil qurğulardan fotoşəkil göndərməsinə imkan verir. Hazırda "Facebook Moments" yalnız ABŞ ərazisində "iOS" və "Android" mobil platformaları üçün əlçatandır.