Azərbaycana 375 milyon dollar kredit ayrıldı

16 Oktyabr 2012 14:30 (UTC+04:00)
Asiya İnkişaf Bankı Azərbaycan hökumətinə 600 milyon dollarlıq çoxtranşlı maliyyə mexanizmi çərçivəsində 375 milyon dollar kredit ayırıb.

Bu vəsait hesabına Göyçayda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması həyata keçiriləcək. Layihə üzrə işlər Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə layihələşdirdiyi "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində 2 mərhələdə həyata keçirilir.

Layihənin gedişi ilə tanış olmaq üçün Asiya İnkişaf Bankının bir qrup mütəxəssisi və "Azərsu" ASC-nin əməkdaşları bu gün Göyçaya səfər ediblər. Asiya İnkişaf Bankının şəhər təsərrüfatı inkişafı üzrə baş mütəxəssisi Vijay Padmanalhan jurnalistlərə açıqlamasında bildirib ki, layihənin üçüncü mərhələsi 2013-cü ilin birinci rübündə başlayacaq.

Vasif Həsənli
AzNews.az