Bosniya və Herseqovinalı idmançı: “I Avropa Oyunları tənqidə layiq deyil”

23 İyun 2015 13:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində Bosniya və Herseqovinanı yüngül atletika yarışlarında təmsil edən Stefani Vukayloviç deyib.

O bildirib ki, indi Avropanın da qitə yarışlarının olması çox yaxşı haldır: "Bu, yeni təcrübə və Avropa idmançıları üçün daha bir mübarizədir".

İdmançı I Avropa Oyunlarını çox bəyəndiyini və növbəti Oyunlarda da iştirak etmək istəyini dilə gətirib.

S.Vukayloviç Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Yarış meydanları da daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunub".

İdmançı paytaxtımızı çox bəyəndiyini də söyləyib: "Şəhər turumuz oldu. Bakının gözəlliyinə heyran oldum".