“İsa Qəmbər də namizəd olacaq, mən də” – Arif Hacılı

23 İyun 2015 14:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə cavabında açıqlayıb.

Başqan qeyd edib ki, Müsavat Partiyası bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün artıq 80-ə yaxın namizəd müəyyənləşdirib. İsa Qəmbər hansı dairədən namizədliyini irəli sürəcək sualına A.Hacılının cavabı belə olub: "Bir neçə dairə var ki, namizədliyimizin həmin dairələrdən verilməsi ilə bağlı düşünürük".