Ermənistandakı etirazçılara cinayət işi açıldı - 2 il həbs gözləyir
23 İyun 2015 15:51 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçılarına qarşı "xuliqanlıq" maddəsi üzrə cinayət işi başladılıb.
Qeyd edək ki. bu maddə üzrə ya altı ayadək islah işləri, ya üç aydan altı ayadək həbs və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Xatırladaq ki, İrəvanda etirazlar artıq bir neçə gündür davam edir. Etirazlara səbəb elektrik enerjisinin bahalaşdırılması barədə qərar olub. Polis etirazları güclü su təzyiqi vasitəsiə yatırıb. Yüzlərlə insan saxlanılıb. Məlumata görə, saxlanılanlar arasında jurnalistlər də var.
Polis zorakılığı nəticəsində ümumilikdə 20 nəfər xəstəxanaya müraciət edib, onlardan yeddisi müxtəlif dərəcəli xəsarətlər alıb, üç nəfər isə xəstəxanaya yerləşdirilib.
Aydan Axundova