Bakıda səhnəyə çıxan Şakira erməni mətbuatında

16 Oktyabr 2012 10:44 (UTC+04:00)
Erməni mətbuatı kolumbiyalı "ulduz" Şakiranın Bakıda verdiyi konsert zamanı erməni bayrağını qaldırdığını iddia edib.

İddianın yaranmasına səbəb müğənninin öz ölkəsinin bayrağını tərsinə qaldırması olub. Belə ki, Kolumbiyanın narıncı, göy və qırmızı rənglərdən ibarət bayrağı tərsinə erməni bayrağına oxşayır. Çünki Ermənistanın bayrağı bu rənglərin tərsinə düzülüşündən ibrətdir. Şou zamanı öz bayrağını tərsinə qaldırmaqla sənətçi, erməni mətbuatının gündəminə gəlib.

İndi "Şakira Bakıda "erməni bayrağını" qaldırdı" başlıqlı yazıların ardı-arası kəsilmir. Bir məsələni də qeyd edək ki, erməni mətbuatı Azərbaycan saytlarında gedən şəkillərdən istifadə edib. Maraqlıdır ki, Şakiranın bayrağı tərsinə tutması heç kimin diqqətini çəkməyib.

Elnarə Əlosmanqızı
AzNews.az