Qılıncoynatma yarışlarının bugünkü qalibləri məlum oldu

23 İyun 2015 21:46 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, qadınlar arasında şpaqa ilə fərdi yarışların finalında rumıniyalı Ana Mariya Branza qızıl medal qazanıb. O, rusiyalı rəqibi Yana Zverevaya 15:11 hesabı ilə qalib gəlib.

Bürünc medallara isə rumıniyalı Simona German və estoniyalı Erika Kirpu sahib çıxıblar.

Kişilər arasında sablya ilə fərdi yarışlarda qızıl medalı ukraynalı Andrey Yaqodka qazanıb. O, rumıniyalı rəqibi Tiberiu Dolniçeanuya 15:10 hesabı ilə qalib gəlib.

Bürünc medallar isə italiyalı qılıncoynadanlar Alberto Pelleqrini və Luixi Mirakkoya qismət olub.