Bakıda transseksual evində öldürüldü- 2 yaralı

23 İyun 2015 23:35 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirlib. İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb.

Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəxsiyyəti araşdırılır. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir

Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirova Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.