Bakıda daha bir möhtəşəm idman yarışı - 86 milyon xərclənəcək
24 İyun 2015 11:51 (UTC+04:00)
AzNews.az "F1news.ru"ya istinadən bildirir ki, bu barədə məlumatı gənclər və idman naziri Azad Rəhimov verib. Nazirin sözlərinə görə, layihədə gələcəkdə Azərbaycanın milli komandası da olacaq: "Biz yarışların Azərbaycan bayrağı altında keçirilməsini istəyirik. İstəyirik ki, yarışda Azərbaycan komandası və bizim sponsorlar iştirak etsin".
Azad Rəhimov həmçinin 2016-cı il Qran Prisindən də danışıb. O, Bakıya 11 min xarici azarkeşin gələcəyini deyib.
Nazir debüt Qran Prisinə təxminən 66-86 milyon dollar xərclənəcəyini açıqlayıb.