Münxendəki terror, Atlantadakı partlayış və Bakıdakı “dəhşət”

24 İyun 2015 12:41 (UTC+04:00)

Öz dövlətinə qarşı istifadə etmək üçün "dəlil" axtarışı ilə zibil yeşiklərində də eşələnən adamların tutuduğu bu yol mahiyyət etibarı ilə qeri qayıtmağa üzü, itirməyə heç nəyi qalmayan çarəsizlərin acınacaqlı durumunu və HƏR ŞEYƏ HAZIR vəziyyətə gətirilməsini ehtiva edir. Bu, əxlaqsızlıq elementlərilə əhatələnmiş acınacaqlı sonluqdur və belə bir aqibət yalnız tək-tük adamların taleyinə yazılır... Sərt oldu, deyilmi? Situasiya tələb edir, humanizm zamanı deyil...

Minlərlə insanın zəhməti bahasına başa gələn və uğurlu gedişatı ilə hər dəqiqəsini yaddaşlara yazan böyük bir idman törəninə kölgə salmağa can atanların ölüm hadisəsi arzulamasına, bu baş vermədikdə isə yaralanmış idmançının dünyasını dəyişdiyi barədə yalan xəbər yaymasına başqa hansı adı verə bilərik ki, belə yaramazlıqlarla ekvivalentlik təşkil etsin? Gecə gündüz dərmədeşik axtaran siçovul xislətli adamları başqa necə xarakterizə edə bilərik ki, əməllərinə mütənasib olsun? Zənnimzcə ortada yüngülləşdirici hal kimi istifadə oluna biləcək heç nə qalmayıb və odur ki, hər kəs ad verməkdə sərbəsdir – döşüyün getsin, yapışacaq!

Əlbəttə, xoşagəlməz hadisə baş verdi, ürək ağrıdan qəza qeydə alındı. Hər bir xırda məqamı da dəqiqliklə hesablamış təşkilatçılar ağıllarına da gətirə bilməzdilər ki, yüksək mühafizə sistemilə təmin olnmuş ərazidə - Atletlər Kəndində avtobusun idmançıları vurması kimi hadisə baş verə bilər... Amma oldu və nə yaxşı ki, düşmənləri sevindirəcək ölüm hadisəsi baş vermədi. Niyə oldu, günahkar(lar) kimdir, məqsədlidir və ya təsadüfdür, bunu artıq hüquq-mühafizə orqanları araşdıracaq.

I Avropa Oyunlarına qarşı istifadə etmək üçün yerdəki siqaret kötüklərindən də yararlnamağa çalışanların Atletlər Kəndindəki hadisə ətrafında qopardığı mərəkədə əslində təəcüblü heç nə axtarmamalıyıq. Üzərində konkret missiyası olan "desant" dəstəsinin məqsədi o qədər aydındır ki, bu adamların nə istədiyi və niyə belə etdiklərini araşdırmağa ehtiyac yoxdur. Komandanı belə alılblar: Ən xırda detallar şışırdilməli, ən yaxşı nümunələrə isə kölgə salınmalıdır. Lakin bu adamların bəlkə də məlumatı yoxdur ki, təlimat aldıqları ölkələrdə keçirilmiş Olimpiya Oyunları zamanı daha dəhşətli hadisələr baş verib və təcrübədə hələ ki, Almaniya və ABŞ-da qeydə alınmış FACİƏLƏRLƏ müqayisəyə gələcək faktlar yoxdur. Bəli, Münxen faciəsi Olimpiya Oyunları tarixinə qara ləkə kimi düşüb. Söhbət 1972-ci ildə Almaniyada keçirilmiş Olimpiya Oyunları zamanı törədilən terror aktından gedir. Tarixin yaddaşından heç vaxt silinməyəcək bu hadisə Münxendəki Atletlər Kəndində baş verib. Sentyabrın 5-də "Qara sentyabr" adlı terror qruplaşmasının üzvləri İsrail nümayəndə heyətinin qaldığı binaya hücum edərək yerindəcə iki idmançını qətlə yetiriblər. 9 idmançı isə girov götürülüb. Terrorçuların irəli sürdüyü şərtlər qəbul olumayıb və Münxen polisi girovların azad olunması üçün xüsusi əməliyyat keçirib. Lakin əməliyyat uğursuz alınıb və nitəcədə terrorçular girovların hamısını qətlə yetiriblər. Beləcə Almaniya hökuməti Münxenə medallar arxasınca gəlmiş idmançılardan 11-ni öz ölkəsinə tabutda yola salıb... Bu dəhşətli hadisə uzun illər dünya mətbuatında müzakirə olunub və bütün fikirlərdə Münxen Olimpiadasının zəif təşkil oluduğu, təhküəsizlik məsələlərinə ciddi önəm verilmədiyi vurğulanıb. Bakıdakı hadisə ətrafında şivən qoparan, bu hadisəni irimiqyaslı tədbirlər tarixində az qala ilk nümunə kimi təqdim etməyə çalışanlar bütün bunlardan xəbərsiz ola bilməzlər. Sadəcə Azərbaycan dövlətinə qarşı fəaliyyət proqramının tələbləri onlara imkan vermir ki, xəbər hazırlayarkən onun altında Olimpiya Oyunları tarixinin ən dəhşətli hadisəsisi barədə ZƏRURİ QEYD qoysunlar.

Olimpiya Oyunları tarixində daha bir terror aktı isə Amerikada həyata keçirilib. 1996-cı ildə Atlantada keçirilmiş Olimpiada bütün göstəricilərinə görə mənfi qiymətləndirməyə layiq bilinib. Nəqliyyat problemləri, informasiya sistemlərindəki nasazlıq, təhlükəsizliyin lazımı səviyyədə olmaması və sairə bu kimi ciddi çatımazlıqlar ilyulun 27-də Atletlər Kəndində baş vermiş partlayışla tamamilə unuduldu. ABŞ vətəndaşı Erik Robert Rudolfun həyata keçirdiyi bu terror aktı nəticəsində iki nəfər həlak oldu, 111 nəfər isə yaralandı... Bax, budur Olimpiya tarixinin qara və qanlı səhifələri. Bu səhifələr, Atlantada, Münxendə açılıb, Bakıda yox. Azərbaycandakı qəza nəticəsində iki nəfərin yaralanmasını günlərlə manşetlərində saxlayanların vətənə, dövlətə, bayrağa sevgisini yəni bu qədərmi "axtalayıblar" ki, Amerikanın, Almaniyanın OYNAQ maraqları qarşısında ən müxtəlif pozalar almaqdan utanmırlar?.. Biz hələ Olimpiya Oyunlarını qəbul etmiş digər ölkələrdə qeydə alınan rüsvayçı hadisələrdən danışmırıq. Danışsaq, gərək Olimpiya bayrağının oğurlanmasından, arenaların açarlarının yoxa çıxmasından, saxta biletlərin çap olunmasından, tamaşaçı qıtlığı səbəbindən yerlərin məktəblilər və hərbi qulluqçularla doldurulmasından, korrupsiya iddiaları və çoxsaylı dopinq qalmaqalarından, dini və irqi ayrıseçkilik hallarından, ...dan, ... dan, ...dan... uzun söhbət açaq. Bütün bunlar açıq mənbələrdə var və kim istəsə araşdırıb əmin ola bilər ki, Bakı London da daxil olmaqla bu günə qədər Olimpiya Oyunlarına ev sahibliyi etmiş şəhərlərin hamısına MASTER KLAS göstərir. Bunu görmək, üstünlüklərimizi müşahidə etmək üçün azacıq vicdan lazımdır ki, o da təəssüf ki, bəzilərində Dövlət Departamentinin amansız verbovkası ilə susdurulub... (Azerfax.az)