Bakı-2015-ə həsr edilən qızıl iPhone buraxıldı — FOTO

24 İyun 2015 14:45 (UTC+04:00)

AzNews.az buro247.az-a istindla xəbər verir ki, smartfonun qızıl korpusunda Azərbaycanın ən tanınan simvolları olan od, su, simurq quşu, xalça və narı birləşdirən Oyunların loqotipi həkk olunub.

Şərq naxışı ilə incə həkk smartfonun nəfis və cəlbedici dizaynını tamamlayır.

Yeni Caviar Olympia modeli özündə dünyada ən yaxşı smartfonun yüksək texnologiyalarını və nəfis zərgər işini birləşdirir. Smartfon eksklüziv olaraq Caviar-ın Bakıdakı butikində təqdim olunur.