Aşıqlarımız turistlərə konsert verəcək

24 İyun 2015 15:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, iyunun 25-də, saat.19.00-da Heydər Əliyev Sarayında "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı böyük aşıq konserti keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcəklər.

Gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az