İran rejissoru aktrisamızı “oğurladı”

16 Oktyabr 2012 15:45 (UTC+04:00)
Əməkdar artist Xalidə Quliyeva ilə İran kinematoqrafçıları arasaında iş birliyi davam edir. X.Quliyevanın sözlərinə görə, onun bu dəfə çəkiləcəyi film Qarabağ hadisələrindən bəhs edir: "Mənə rejissor Həsənağa Nəcəfidən dəvət gəlib.

Onun bu dəfəki ekran əsəri Qarabağ hadisələrindən bəhs edəcək. Filmdə baş obrazlardan birini yaradacam". Qeyd edək ki, X.Quliyeva bundan əvvəl İran kinemotoqrafçılarının istehsalı olan "İtkin pay" və "8- ci göy" filmlərində çəkilib.

Bahar Rüstəmli
AzNews.az