22 yaşlı oğlan dənizdə boğuldu
24 İyun 2015 21:22 (UTC+04:00)
AzNews.az FHN-ə istinadən xəbər verir ki, dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km aralı, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Məmmədşah Aydın oğlu Məmmədov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
M.Məmmədovun meyiti batdığı yerdən, təxminən, 70 metr məsafədən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.