Sarkisyan geri çəkilir - Qərar
24 İyun 2015 22:40 (UTC+04:00)
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, Sarkisyan elektrik enerjisi ilə bağlı tariflərin artımı haqqında komissiyanın qərarını təkrar baxışdan keçirmək qərarı verib.
Sarkisyanın bu qərarının isə elektrik enerjisi qiymətlərinin ucuzlaşdırılmasına təsir edib-etməyəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, etiraz aksiyalarında polis 237 nəfəri həbs edib, onlarla yaralanan var.