ABŞ-dan gizli dinləmə ittihamlarına - Reaksiya

24 İyun 2015 23:13 (UTC+04:00)



Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays söyləyib.

Onun sözlərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurası Milli Təhlükəsizliyin xüsusi maraqları istisna olmaqla xaricdə kəşfiyyat müşahidəsi aparmır:

"Bu, adi vətəndaşlarla bərabər, dünya liderlərinə də aiddir. Biz bütün beynəlxalq məsələlər üzrə Fransa ilə sıx əlaqə saxlayırıq. Fransa bizim mühüm tərəfdaşımızdır".

Qeyd edək ki, "Vikiliks" saytı ABŞ xüsusi xidmət orqanlarının bir neçə il ərzində Fransa prezidentlərini dinlədiyi haqqında xəbər yayıb.