“Space”in aparıcısı qəza törətdi - FOTO

25 İyun 2015 10:15 (UTC+04:00)

Məlumata görə, xanım aparıcı həmkarı Zaur Nəbioğlunun ad günü mərasiminə gedən gün yolda qəfildən idarəetməni itirib və qarşıdan gələn maşınla toqquşub.

AzNews.az xəbər verir ki, publika.az-a açıqlama verən T.Məmmədqızı xəbəri təsdiqləyib. O, xəsarətlə canını qurtardığını deyib: "Zaurun ad gününə gedirdim. Qəfildən rol əlimdə oynadı, gerisi yadımda deyil. Bir onda ayıldım ki, camaat başımın üstünə yığılıb, həkimlər yardım göstərir. Baş verən hadisənin şokundayam. Qolumdan xəsarət almışam. Nəticə daha ağır ola bilərdi, Allah məni qorudu".

Toqquşduğu avtomobilə ziyan dəydiyini deyən aparıcı maddi xərci özü ödəyəcəyini bildirib.