“Erməni əhalinin əlindəki silahlar işə düşə bilər”

25 İyun 2015 14:57 (UTC+04:00)

AzNews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Qordon" nəşrinə şərhində ukraynalı siyasi ekspert Taras Çornovil bildirib.

Onun sözlərinə görə, Ermənistan kiçik ölkədir və bütün etiraz aksiyaları paytaxtın mərkəzində, bir qayda olaraq prezident sarayı və ya parlamentin ətrafında keçirilir. Aksiya tamamilə dinc və sosial xarakter daşıyırdı. Və aksiya polislər tərəfindən vəhşicəsinə dağıdıldı. Bu vəziyyətdə hakimiyyət ən axmaq hərəkəti etdi, mitinqi dağıtdı. Erməni hakimiyyəti Yanukoviçin hərəkətlərini təkrarlayaraq əslində sosial etirazı boğmağa çalışdı və mitinq artıq qismən siyasi xarakteri daşıyır. Mitinqə mədəniyyət xadimləri və müxalifət deputatlarının nümayəndələri də qoşulublar. Proses başlanıb və çox ciddi nəticələrlə başa çata bilər".

Ekspert hesab edir ki, erməni əhalinin əlindəki silahlar da proseslərə faciəvi istiqamət verə bilər: "Kiyevdə Maydan hadisələri başlananda Ukrayna cəmiyyətində son onilliklərdə silahlı qarşıdurmanın ənənələri yox idi. Amma Ermənistanda vəziyyət fərqlidir. Ermənistanda əhəmiyyətli hərbi arsenal var, bundan başqa, əhalinin əlində böyük miqdarda silah var. Hazırda erməni hakimiyyəti çox möhkəm deyil, müxalifət zəifdir, amma sosial narazılıq çox yüksəkdir. Buna görə böyük Maydan ehtimalı Ermənistanda böyükdür".

Həmçinin onun sözlərinə görə, ciddi toqquşmalar olacağı halda, Rusiyanın proseslərə müdaxilə ehtimalı yüksəkdir.