BMT-dən Ermənistandakı etiraz aksiyaları ilə bağlı - Çağırış

25 İyun 2015 17:57 (UTC+04:00)


AzNews.az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının təmsilçisi Ravin Şamdasani bildirib.

O deyib ki, Ali Komissarlıq polisin aksiyaçılara, eləcə də jurnalistlərə güc tətbiqindən narahatdır. Ravin Şamdasani hakimiyyəti iyunun 23-də Yerevanda baş verən hadisəni ətraflı və qısa müddətə araşdırmağa çağırıb. Ali Komissarlıq hesab edir ki, nümayiş zamanı hakimiyyət beynəlxalq hüquq normaları və insan haqları standartlarına uyğun olaraq asayişi təmin etməlidir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub.

Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.